Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Ulu Öndər Heydər Əliyev irsi milli sərvətimizdir

0

  • Heydər Əlirza oğlu Əliyev 10 may 1923-cü ildə Naxçıvan şəhərində anadan olmuşdur. 1944-1969-cu ilə qədər o zamankı sovetlər dönəmində dövlət təhlükəsizlik orqanında çalışmışdır. 1950-ci ildə Azərbaycan SSR dövlət təhlükəsizliyi komitəsində bölmə rəisi vəzifəsinə təyin edilmişdir. 1967-ci ildə Azərbaycan SSR  Nazirlər soveti yanında Dövlət təhlükəsizliyi komitəsinin sədr müavini olmuşdur. Ulu Öndərimizin Azərbaycan xalqı üçün etdikləri fədakarlıqlar saydıqca bitməz. Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi sovetlər dönəmində xalqımızın rifahının yaşayış səviyyəsinin yüksəldilməsi milli mənəvi dəyərlərimizin qorunması yolunda yorulmaz fəaliyyəti danılmaz faktdır. Ulu Öndərimiz xalqımızın şərəf və ləyaqətini hər zaman uca tutmuş fəaliyyəti dövründə Azərbaycanın gələcək inkişafının çiçəklənən doğma yurdumuzun hər zaman inkişafının təminatçısı olmuşdur. Mənfur düşmənimiz olan erməni cəlladları o zamankı dövrdə də Heydər Əliyevin ağlı zəkası qarşısında tab gətirə bilmədikləri üçün hər zaman Ulu Öndərimizi şərləmək qaralamaq siyasəti yeritmişlər lakin Heydər Əliyev hər zaman öz uzaqgörən siyasəti ilə düşmənlərin niyyətlərini puça çıxartmışdır. Ulu Öndərimiz 2-ci dəfə Azərbaycana rəhbərlik etdiyi dönəmdə ölkəmizdə gərgin siyasəti böhran hökm sürürdü ölkə iqtisadiyyatı demək olar ki dağılmış ölkədə qeyri qanuni silahlı dəstələr hökmranlıq edir cəbhədə isə bir birinin ardınca torpaqlarımız düşmən tərəfindən işğal olunurdu. Ölkəmizin bu ağır dönəmində Heydər Əliyev bütün məsuliyyəti öz üzərinə götürərək ölkəmizin bu ağır dönəmində xalqımızı yalnız buraxmadı qısa müddət ərzində nizami ordu quruculuğu sahəsində mühüm addımlar atıldı qanunsuz silahlı qüvvələr tərk silah edildi cəbhədə ilk dəfə olaraq uğurlu Horadiz əməliyyatı nəticəsində düşmən geri oturduldu müvəqqəti olaraq atəşkəs müqaviləsi imzalandı. Bundan sonra Heydər Əliyev cənablarının rəhbərliyi altında ölkə iqtisadiyyatı yenidən qurulmağa başlandı 1994-cü ilin 20 sentyabrında dünyamın aparıcı neft şirkətləri ilə "Əsrin Kontraktı" imzalandı və bununla da Azərbaycan neftinin dünya bazarlarına çıxarılması üçün mühüm zərurət yarandı qısa müddət ərzində ölkə büdcəsinə külli miqdarda gəlir daxil oldu bu da ölkəmizin iqtisadi qüdrətinin artmasına ordumuzun yeni müasir tələblərə uyğun şəkildə formalaşmasında mühüm əhəmiyyət kəsb etdi. Bütün bunlar Ulu Öndərimizin gecə gündüz yorulmaz fəaliyyətinin nəticəsində əldə olunmuş nailiyyətlərdir. 12 dekabr 2003-cü il Azərbaycan xalqının tarixində ən kədərli günlərdən biri kimi Ulu Öndərimizin fəvatı hər bir azərbaycanlının qəlbində dərin izlər buraxmışdır xalq öz liderini başçısını ağsaqqalını və nəhayət milli sərvətini son mənzilə yola salırdı. Bu gün bizlər Ulu Öndərimizin 100 illik yubileyinə hazırlaşırıq Ulu Öndərimiz cismən bizlə olmasa da lakin mənən hər zaman hər bir azərbaycanlının qəlbində əbədi olaraq yaşayacaqdır xalq heç bir zaman öz milli liderini xilaskarını unutmayacaq və unutdurmayacaq qoy bunu hər kəs belə bilsin istər yad elli düşmənlərimiz istər sapı özümüzdən olan daxili düşmənlərimiz. Heydər Əliyev irsinin layiqli davamçısı onun bizlərə əmanət etdiyi müasir Azərbaycanın gələcək inkişafının təminatçısı İlham Əliyev cənabları atasının ona həvalə etdiyi şərəfli məsuliyyəti işi xalqına xidməti qürurla həyata keçirməkdədir. İlham Əliyev cənabları atasının Ulu Öndərimizin vəsiyyətini layiqincə yerinə yetirdi 30 il ərzində işğal altında olan torpaqlarımızı 44 gün ərzində düşməndən azad etdi. Vətən savaşımızda Ali Baş Komandanızın başçılığı altında şanlı Azərbaycan ordusu Zəfər qazandı və bütün dünyaya türkün əsl gücünü göstərdi. Yaşasın Azərbaycan Yaşasın Ali Baş Komandan.Anar Əbdülov,Xocalı rayon gənci
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    Kateqoriyaİqtisadiyyat
    Yerləşdirdi
    Yerləşdirildi1 il öncə
    İzlənib43 dəfə
    Ulu Öndər Heydər Əliyev irsi milli sərvətimizdir

    Maraqlı gələ bilər
    61
    52
    55
    23
    0